Zahid Oruc keçmiş nazirlərə eyham vurdubackend

Zahid Oruc keçmiş nazirlərə eyham vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hökumətdə məlum dəyişikliklər baş verməsəydi, bəşəri çağırışların qarşısında dayanmağımız çətin olardı. Ancaq hakimiyyətdəki yeni komanda ilə biz problemlərin qarşısına çıxa bildik”.

İnterpress.az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

O bildirib ki, hökumətdə oliqarx-məmur burjuaziyası daralıb. Deputat qeyd edib ki, vergi sahəsində də ciddi irəliləyişlər əldə olunub.

“Artıq vergi məmurları gələndə sahibkarlar əsmir, qorxmur. Çünki indi gülərüz vergi məmuru obrazı var”, – deyə Z.Oruc əlavə edib.

Deputat onu da bildirib ki, koronavirus pandemiyası Azərbaycanda gizli iqtisadiyyatı üzə çıxarır.

İnterpress.az