700 milyard dollar yoxa çıxıbbackend

700 milyard dollar yoxa çıxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu İran prezidentinin sözcüsü Məhəmməd Bağir Nobeht Etidal və İnkişaf Partiyasının gənclər təşkilatının üzvləri qarşısında çıxış edərkən bildirib.

Ötən həftə prezidentin müşaviri Cahangiri bildirmişdi ki, İranın neftdən əldə etdiyi 22 milyard dollar pul Dubay və İstanbul vasitəsilə ölkədən çıxarılıb. İctimaiyyət bu pulun İnqilab Keşikçiləri Ordusu tərəfindən Suriya, Yəmən, İraq və digər ölkələrə xərcləndiyini düşünür. Ancaq adıçəkilən qurumun iqtisadi fəaliyyəti bilinmədiyindən dəqiq fikir söyləmək demək mümkün deyil.

Hökumətdə təmsil olunan Məsud Mehrdadinin iqtisadi siyasəti nəticəsində İnqilab Keşikçiləri Ordusu dövlət içində xeyli möhkəmlənib. Son zamanlar ABŞ-ın strateji araşdırma mərkəzlərinin diqqətə aldığı Mehrdadinin adı İran ictimaiyyətinə o qədər də tanış deyil. Lakin hazırda o, ölkənin maliyyə sisteminə nəzarəti ələ alması xəbərləriyə gündəmə gəlib. Mehrdadinin səyləri nəticəsində İnqilab Keşikçiləri Ordusuna bağlı 40-a yaxın şirkətin nəzarəti onun əlindədir. Hazırda bu qurumun illik dövriyyəsi 60 milyard dolları ötüb.

İnterpress.az