Süni qıtlıq yaradan şirkətlə bağlı tədbir görüləcəkbackend

Süni qıtlıq yaradan şirkətlə bağlı tədbir görüləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılmış monitorinqlər zamanı istehlak bazarında \”Westgold\”, \”French Cow\” kərə yağlarının və \”Oldenburger\” pendirlərinin qiymətində süni artım, habelə süni qıtlıq yaratmaq məqsədilə həmin məhsulların dövriyyədən çıxarılması əlamətlərinin olduğu müəyyən edilib.

Bununla əlaqədar həmin malların istehlak bazarında əsas təchizatçısı olan \”Vest Produkt Marketinq\” MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

İstehlak bazarına nəzarət tədbirləri davam etdirilir.

İnterpress.az