14 yaşlı Aytacı qətlə yetirəndən xəbər varbackend

14 yaşlı Aytacı qətlə yetirəndən xəbər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Andlılar heyəti 14  yaşlı Aytac Şahmarovanın qətli işinə baxmayacaq. Bu qərarı qətldə təqsirləndirilən şəxs verib.

İnterpress.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə məhkəmə iclasından sonra jurnalistlərə prokuror Vladimir Bekişvili bildirib.

Telavi rayon məhkəməsi Dekabrın 21-dən Aytac Şahmarovanın qətli ilə bağlı işin mahiyyəti üzrə araşdırılmasına başlayacaq.
 
“Bugünkü prosesdə cinayət işi mahiyyəti üzrə baxılması üçün məhkəməyə verilib və birinci iclas 21 dekabr 2023-cü il tarixinə təyin edilib. İndiki mərhələdə iclasın qapalı olduğunu nəzərə alaraq sizə əlavə heç nə deyə bilmərəm”, – deyə prokuror Bekişvili bildirib.

İşin epizodlarından birinin seksual xarakterli cinayətə aid olduğunu nəzərə alaraq, prokurorluğun təqdimatı ilə iclas bağlanılır.

Xatırladırıq ki, 2023-cü il oktyabrın 6-da Saqareco Bələdiyyəsinin Ləmbalo kəndində 27 yaşlı Alim Sadıkov 2023-cü ilin iyun ayından məcburi nikahda olan 14 yaşlı Aytac Şahmirovanı odlu silahdan bir neçə atəşlə qətlə yetirib.

2023-cü il oktyabrın 6-da Kaxeti Polis İdarəsi Aytac Şahmirovanın qətli ilə bağlı gender dözümsüzlüyü, habelə qanunsuz həbs və qanunsuz odlu silah gəzdirmə faktı ilə bağlı araşdırmalara başlayıb və gizlənən Alim Sadıkov bir müddət sonra saxlanılıb.

Həmçinin onun əmisi və əmisi oğlu cinayəti xəbər verməməkdə ittiham edilərək saxlanılıb.

Bununla yanaşı, 2023-cü il oktyabrın 6-da Kvemo Kartli Polis İdarəsi Aytac Şahmarovanın zorla evləndirilməsi və cinayət barədə məlumat verməməsi faktı ilə bağlı araşdırmalara başlayıb, araşdırma çərçivəsində qətlə yetirilən azyaşlının anası və dayısı saxlanılıb.