Gəncədə yol qəzası: 5 aralıbackend

Gəncədə yol qəzası: 5 aralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə martın 15-də axşam saatlarında şəhərin Şah İsmayıl Xətai prospektində baş verib.

“Opel” markalı avtomobillə “Mercedes” markalı avtomobilin toqquşması nəticəsində “Opel”dəki sərnişini, Şəmkir rayon Qaracəmilli kənd sakinləri, 1974-cü il təvəllüdlü Akif Kazımov, onun həyat yoldaşı, 1978-ci il təvəllüdlü Elnarə Əliyeva, qayınanası 1952-ci il təvəllüdlü Elza Fətullayeva və Akif Kazımovun azyaşlı oğlu, 2005-ci il təvəllüdlü Sərxan Kazımov müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Qəza zamanı “Mercedes” də olan sərnişin, Gəncə şəhər sakini, 1972-ci il təvəllüdlü Tubu Rzayevada bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

İnterpress.az