Ucarda evdə yanğın olubbackend

Ucarda evdə yanğın olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə martın 15-də axşam saatlarında Ucar şəhərinin Oğuz küçəsi, ev 16 ünvanında qeydə alınıb.

Ucar rayon sakini, 1945-ci il təvəllüdlü Babayev Rasim Mövsüm oğluna məxsus birmərtəbəli 4 otaqlı evdə güclü yanğın baş verib.

Yanğın baş verən zaman R. Babayev evdə olmadığından hadisə barədə yanğınsöndürənlərə qonşular xəbər verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Ucar Rayon Yanğından Mühafizə Hissəsinin 3 maşını və canlı qüvvəsi cəlb olunub.

İlkin ehtimala görə, yanğına səbəb elektrik naqillərində baş verən qısaqapanma olub. Yanğın zamanı ölən və xəsarət alan olmayıb.

İnterpress.az