Bu barədə “Kommersant” qəzetin teleaparıcının yaxın dostları məlumat verib. İnterpress.az xbər verir ki, cümə günü Sobçak baş redaktoru olduğu “L\’Officiel” jurnalının yeni nömrəsinin çapdan çıxması şərəfinə ziyafət verib. Tədbir ÇDL restoranında keçirilib.
““Evlənmək” əsərinin Millət Teatrındakı premyerasını bu ziyafət kimi təxirə sala bilməzdim. Amma sabah Rusiyanı müvəqqəti olaraq tərk edəcəm” deyə, telejurnalist bildirib.
Bundan əvvəl “Novoya Qazeta” yazmışdı ki, müxalif lider Boris Nemtsovun ölümündən sonra prezident Putinə “güllələnəcəklərin” siyahısı verilib. Orada Aleksey Venediktov, Mixail Xodorkovskiy və Kseniya Sobçakın da adının olması ehtimal edilir. Prezidentin mətbuat xidmətinin katibi Dmitriy Peskov bu xəbəri “adsurd” adlandırıb.
Sobçak həmçinin bəyan edib ki, Nemtsovla Saxarov mərkəzindəki vida mərasimində ona növbəti olması barədə xəbərdarlıq edilib: “Saxarov mərkəzindən çıxışda Venediktovla dayanıb Boris haqqında danışırdıq. Bir adam gəldi və dedi ki, yadda saxlayın, siz növbətisiniz”. Bunu jurnalist “Twitter” səhifəsində yazıb.
İnterpress.az