Vaqif Mustafazadənin 75 illik yubileyidirbackend

Vaqif Mustafazadənin 75 illik yubileyidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

V.Mustafazadə 1940-cı il martın 16-da Bakıda anadan olub.

1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirib, Bakı Musiqi Akademiyasına daxil olub. 1964-cü ildən “Orero” ansamblına, “Qafqaz” caz üçlüyünə, “Leyli” və “Sevil” qadın vokal instrumental və “Muğam” instrumental ansambllarına rəhbərlik edib. Beynəlxalq caz müsabiqələri və festivallarının (“Tallin-66”, “Tbilisi-78”, Monte-Karlo) laureatı olub.

V.Mustafazadə fortepiano və simfonik orkestr üçün konsertin, “Muğam” simfoniyasının, bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifidir. O, Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaradıb.

Bəstəkar 1979-cu ildə Azərbaycanın əməkdar artisti fəxri adına, 1982-ci ildə ölümündən sonra Azərbaycan Dövlət Mükafatına layiq görülüb.

V.Mustafazadə 1979-cu il dekabrın 16-da Daşkənddə qastrol zamanı ürək tutmasından vəfat edib, Bakıda dəfn olunub.

Qeyd edək ki, bu gün “İçərişəhərdə” Vaqif Mustafazadənin xatirəsinə həsr olunan “Vaqifsayağı” festivalı keçiriləcək. Festivalın informasiya dəstəyi “APA Holdinq”ə məxsusdur.

İnterpress.az