Bakı polisi gücləndirilmiş iş rejiminə keçirbackend

Bakı polisi gücləndirilmiş iş rejiminə keçir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, respublikada keçiriləcək Novruz bayramı şənlikləri zamanı ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunmasının, xidməti vəzifələrin yüksək səviyyədə və daha mütəşəkkil icrasının təmin edilməsi məqsədi ilə 2015-ci il mart ayının 20-dən 29-dək DİN-in bütün orqan və hissələrinin şəxsi heyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Əmrdə, həmçinin bildirilir ki, bayram günlərində ictimai yerlərdə və insanların kütləvi istirahət etdiyi ərazilərdə xoşagəlməz hadisələrin qarşısını almaq və hüquq qaydasına nəzarəti gücləndirmək məqsədi ilə qabaqlayıcı və digər zəruri tədbirlərin görülməsi təmin edilməlidir.

İnterpress.az