İnterpress.az xəbər verir ki, hərbçilərdən ibarət kanvoy pusquya düşüb. Baş verən atışmada 20 nəfər ölüb, 3 hərbçi yaralanıb. Yerli “Unian Daily” qəzeti yazır ki, son günlər Myanma silahlı qüvvələri Kokan vilayətindəki bəzi mühim mövqeləri silahlılardan azad ediblər.
Myanma ilə Çinin sərhədindəki silahlı toqquşmalar bu il fevralın 9-da başlayıb. Fevralın 17-də hökumət bölgədə 90 günlük fövqəladə vəziyyət elan edib.
Kokan vilayətində gərgin vəziyyət 2014-cü ilin dekabrından davam edir. Son hadisələr bölgədəki 60 illik sülhün başa çatdığını göstərir.
İnterpress.az