İnterpress.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Qazaxıstan prezidentinin mətbuat katibi Dauren Abayev açıqlayıb. O bildirib ki, Rusiya və Belarus liderləri artıq görüşdə iştiraklarını təsdiqləyiblər. D. Abayev qeyd edib ki, daha öncə Vladimir Putin, Aleksandr Lukaşenko və Nursultan Nazarbayevin görüşü hər üç liderin gərgin iş qrafiki səbəbindən təxirə salınıb.
Liderlərin görüşünün daha əvvəl 12-13 mart tarixlərində keçirilməsi planlaşdırılırdı.
İnterpress.az