101 sahibkar cərimələndibackend

101 sahibkar cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sahibkarlar yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozduğu, laboratoriya müayinələri gigiyenik normalara cavab verməyən məhsullar istehsal etdiyi üçün cərimələniblər. Bu müddətdə 2 nəfər barədə materiallar inzibati orqanlara verilib.

Hesabat müddətində 17 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 17 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 554, mikrobioloji göstəricilərinə görə 397, toksikoloji göstəricilərinə görə 24, radioloji göstəricilərinə görə isə 1 yeyinti məhsulu nümunəsi laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin heç birində orqanoleptik və fiziki-kimyəvi və toksikoloji göstəricilərinə görə normadan kənara çıxma halları aşkarlanmayıb. Nümunələrin 2-də mikrobioloji göstəricilərinə görə normadan kənara çıxma müəyyən olunub.

Bu ilin yanvar-mart aylarında iaşə müəssisələrindən 1718 yaxma, 10 soyuq qəlyanaltı nümunəsi götürülüb. Yaxma nümunələrinin 9-da bağırsaq çöpləri normadan artıq olub. ( trend.az )

İnterpress.az