Ukrayna Donbasa xüsusi status verirbackend

Ukrayna Donbasa xüsusi status verir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qanuna görə, yerli xüsusi idarəetmə tətbiq olunacaq rayonlar Ukrayna ilə Rusiya arasındakı bəzi şəhər və kəndlər olacaq. İnterpress.az xəbər verir ki, Minsk razılaşmasına görə Donbasın statusu barədə sənəd Ali Radada 14 martda qəbul edilməli idi. Lakin qanun layihəsi vaxtında qəbul edilməyib. Bu gün gecə yarısı Ukrayna prezidenti Petro Poroşenko sənədi parlamentə təqdim edib. Səsvermə sabah keçiriləcək.

Bir müddət əvvəl seperatçı Donetsk və Luqansk “respublika”larının rəhbərləri Aleksandr Zaxarçenko və İqor Plotniçkiy Almaniya baş naziri Angela Merkelə və Fransa prezidenti Fransua Ollanda müraciət ediblər ki, Ukrayna rəhbərliyinə Minsk razılaşmasına əməl etmək üçün təzyiq etsinlər.

İnterpress.az