Oğurluqla məşğul olan dəstə zərərsizləşdirilibbackend

Oğurluqla məşğul olan dəstə zərərsizləşdirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməliyyat Masallı rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilib.

Əməliyyat nəticəsində Zaman Hüseynzadə, Məhəmməd Tahirov, Asim Əzizov və Bəxtiyar Kərimov saxlanılıb.

Araşdırmalar zamanı məlum ki, Zaman Hüseynzadə, Məhəmməd Tahirov, Asim Əzizov və Bəxtiyar Kərimov qabaqcadan əlbir olub qrup təşkil etməklə rayonun müxtəlif kəndlərində vətəndaşların mənzillərini qarət ediblər.

Onlar rayon ərazisində 10-dan çox mənzili qarət ediblər. Onlar ötən il dekabrın 20-də gecə saat 01 radələrində rayonun Çayqıraq kənd sakini Şöhrəddin Məmmədovun evinə gizli yolla qanunsuz daxil olub. Oradan ümumi dəyəri 5130 manat olan məişət texnikası oğurladıqdan sonra cinayətin izini itirmək məqsədi ilə evi yandırmaqla ev sahibinə 200 min manat məbləğində ziyan vurublar.

Qeyd edək ki, dəstə üzvlərindən olan Zaman Hüseynzadə əvvəllər də məhkumluq həyatı yaşayıb. O, adam öldürdüyü üçün uzun müddət həbsdə olub.

Yaxalanmış dəstə üzvləri barəsində məhkəmə tərəfindən həbs-qətimkan tədbiri seçilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirirlər. ( anspress.com )

İnterpress.az