Bu barədə Ukrayna Təhlükəsizlik Xidməti sədrinin müşaviri Markiyan Lubkivskiy bildirib.
“Partlayış törətməkdə şübhəli bilinən 5 nəfər saxlanılıb. Onların hamısı Ukrayna vətəndaşlarıdır. “Terror aktı\” maddəsi üzrə cinayət işi qaldırılıb. ”, deyə M. Lubkivskiy bildirib.
Xatırladaq ki, martın 12-də Odessada “Samopomoş” partiyasının qərargahının yerləşdiyi binada partlayış baş vermişdi. Hüquq-mühafizə orqanları hadisəni terror aktı kimi qiymətləndirib.
İnterpress.az