Çavuşoğlu Bəşər Əsədi 200 min insanın qatili adlandırıb: \”Əsədlə müzakirə ediləcək nə var? 200 mindən çox insan öldürüb\”.
Onun sözlərinə görə, Suriyadakı bütün problemlərin kökündə Əsəd rejimi dayanır: \”Suriyada vəziyyətin dəyişməsi üçün rejimin getməsi və hər kəsin maraqlarını təmin edən bir rəhbərliyin iş başına gəlməsi lazımdır\”.
Türkiyə xarici işlər naziri Suriyada həll edilməsi lazım olan iki problem olduğunu vurğulayıb: \”Bunlardan birincisinin İŞİD və digər terror təşkilatlarını yox etməkdirsə, ikincisi isə Əsəd rejiminin getməsi və Suriyada siyasi dəyişikliyin təmin edilməsidir\”.
Bölgədəki terror təşkilatlarına ən böyük dəstəyi Suriya rejiminin verdiyini işarə edən Çavuşoğlu sözlərinə belə davam edib: \”Əgər Əsəd rejimi bu terror təşkilatlarına dəstək verməsə, işimiz asanlaşar\” deyiriksə bu da düzgün yanaşma deyil\”.
İnterpress.az