İnterpress.az xəbər verir ki, seçkinin nəticəsindən asılı olaraq yeni hökumət təşkil ediləcək və baş nazir seçiləcək.
Səsvermə üçün 3,2 min məntəqə yaradılıb. Seçkidə iştirak etmək üçün 26 blok və partiya qeydiyyatdan keçib. Ancaq onlardan 11-nin seçki baryerini keçəcəyi ehtimal edilir.
Qələbəyə ən real namizədlər arasında hazırki baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi partiya və “Sionist düşərgə” blokunun adı çəkilir.
Netanyahunun yenidən baş nazir olub-olmayacağı isə səsvermənin nəticəsindən asılı olacaq.
İnterpress.az