İnterpress.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Avrasiya məkanındakı kriminal “general”larla bağlı məqamları əks etdirən sənədli film 20 il aparılan araşdırmanın nəticəsi olaraq ortaya çıxıb. Filmin hazırlanmasına 2 il sərf olunub.
Çəkilişlər Gürcüstanda, Ukraynada, Birləşmiş Ərəb Əmirliklərində, Rusiyada aparılıb. Filmin qəhrəmanlarının Ded Xasan və Rudik kimi tanınmış “qanuni oğru”lar olduğu bildirilsə də, hələlik bu gizli saxlanılır.
Bir çox sənət adamları filmin çəkilişlərində iştirak etməkdən imtina edib. Məsələn, Armen Ciqarxanyan əvvəlcə çəkilişə razılıq versə də, ssenarini oxuduqdan sonra təklifdən imtina edib.
Filmin ilk nümayişinin Kann festivalında nəzərdə tutulması daha geniş auditoriyaya çıxışı təmin etmək məqsədi daşıyır.
İnterpress.az