15 yaşlı yeniyetmə ilə yaxınlıq etmiş XİN başçısı ictimaiyyətdən üzr istədibackend

15 yaşlı yeniyetmə ilə yaxınlıq etmiş XİN başçısı ictimaiyyətdən üzr istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Danimarkanın Xarici İşlər naziri Yeppe Kofod mənsub olduğu Sosial Demokrat partiyasının 15 yaşlı fəalı ilə cinsi münasibətdə olduğuna görə ictimaiyyətdən üzr istəyib.

İnterpress.az xəbər verir ki, hadisə 2008-ci ildə Pasxa kursları zamanı baş verib.

“Mən sərxoş və axmaq idim. Çox yaxşı bilirəm ki, bağışlanma diləmək kifayət deyil. Kaş ki, nəyisə dəyişdirə bilərdim. Edə biləcəyim yeganə şey bağışlanma diləməkdir”, – deyə 46 yaşlı XİN başçısı qeyd edib.

Bildirək ki, Danimarkada 15 yaşı tamam olan qadına cinsi partnyorunu seçmək azadlığı verilir.

Y.Kofod 2008-ci ildə qanunu pozmasa da, məlum hadisə ilə əlaqədar bütün siyasi vəzifələrdən istefa vermək məcburiyyətində qalmışdı.

O, yalnız 11 ildən sonra siyasi fəaliyyətini bərpa edə bildi və 2019-cu ildə Danimarka Xarici İşlər Nazirliyinin başçısı təyin olundu.

İnterpress.az