İnterpress.az xəbər verir ki, Çin xarici işlər nazirinin müavini Liu Jianchaonun Cənubi Koreya parlamentinin xarici işlər Şurasının sədri Na Kyungvona “gözəl” deyə kompliment etməsi ölkədə gündəm yaradıb.
ABŞ-la Cənubi Koreyanın Koreya yarımadasına yerləşdirilməsi nəzərdə tutulan THAAD mərmi sistemi və Şimali Koreyanın nüvə proqramını müzakirə etmək üçün paytaxt Seulda gələn Jianchao bir sıra yüksək səviyyəli görüşlər keçirib.
Nazir müavini Liunun görüşlərindən ən çox səs-küy yaradanı Cənubi Koreya parlamentinin Xarici İşlər Şurasının sədri Na Kyungvonla olub. Görüş əsnasında Liunun qadın vəkilə kompliment kimi “Çinli jurnalistlər gözəlliyinə görə sizi unutamayacaq” deməsi hər iki ölkədə müzakirələrə səbəb oldu.
Cənubi Koreyada bəzi yazarlar çinli nazirin bu jestini səhv addım olaraq qiymətləndirib. Ölkədəki bəzi mühafizəkar yazarlar da çinli diplomatın bu sözünü koreyalı qadınları aşağılaması kimi bir hiss yaratdığını iddia edib.
Liberal fikirli bəziləri isə millət vəkili Nanın gözəlliyi ilə onsuz da Koreya mediasında müzakirə obyekti olduğuna diqqət çəkərək, çinli diplomatın bu komplimentlə həmsöhbəti haqqında məlumat sahibi olduğu mesajını vermək istəməsini vurğulayıb.
İnterpress.az