İnterpress.az xəbər verir ki, müzakirədə ölkədə fəaliyyət göstərən QHT-lərin rəhbərləri, xarici təşkilatların nümayəndələri və Ədliyyə Nazirliyinin təmsilçisi iştirak edib.
“Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova İnterpress.az-a bildirib ki, həmin qaydalara əsasən qeyd edilən mexanizmlərdə Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Dini Qurulmalarla İş üzrə Dövlət Komitəsinin, Ədliyyə Nazirliyinin adı çəkilir: “Əslində ölkədə QHT fəaliyyətini dəstəkləyən siyasəti müəyyən edən bir nüfuzlu qurum fəaliyyət göstərir. Bu, Azərbaycan Respublikasi Prezidenti yaninda QHT-lərə Dövlət Dəstəyi Şurasıdır. Maraqlıdır ki, hansı səbəbdən həmin qərarlarda Şuranın adı çəkilmir?
Biz butun sahələrdə sadələşdirilmiş sistemə keçdiyimiz halda, mövcud qaydalarda bu qurumun rolunu görmürük. Hesab edirəm ki, vətəndaş cəmiyyətinin fəaliyyətini dəstəkləyən bu qurum sözügedən sənədlərdə öz yerini tutmalıdır. Çünki Şura kifayət qədər QHT fəaliyyəti və onların missiyasindan xəbərdardır. Təklif edirəm ki, vətəndaş cəmiyyətinin fəaliyyətinin indiki durumunda bir çox səlahiyyətlər Şuraya verilməli və öhdəlik Şuranın üzərinə düşməlidir. Qeyd edim ki, müzakirədə Novella Cəfəroğlu vətəndaş cəmiyyətinin vəziyyəti ilə bağlı prezidentlə görüşmək təklifini səsləndirib. Məncə bu məsələ çox vacibdir. Mən də bu təklifi dəstəkləyirəm”.
Elnarə
İnterpress.az