YAP-ın Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini təyin edilib.
Naqif Həmzəyev açıqlamasında faktı təsdiqləyib. Bildirib ki, şəxsinə qarşı bu yüksək etimadı doğrultmaq üçün əlindən gələni əsirgəməyəcək .
Qeyd edək ki, Naqif Həmzəyevin 31 yaşı var. O, 2013-cü il, avqustun 1-də YAP-ın Gəncə şəhər təşkilatına sədr seçilmişdi.
Həmzəyevdən əvvəl birinci müavin vəzifəsini tutan Mikayıl Zeynalov isə icra başçısının təsərrüfat işləri üzrə müavini təyin edilib.
Xatırladaq ki, dünən də Azərbaycanda gənclərdən biri yüksək vəzifəyə təyinat alıb. Belə ki, İlham Əliyevin sərəncamı ilə Taleh Məhəmməd oğlu Ziyadov “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru təyin edilib.
İnterpress.az