200-dən çox iranlı Rəisinin helikopterinin qəzaya uğraması ilə bağlı “yalan xəbər”ə görə mühakimə olunub.
interpress.az xəbər verir ki, bu barədə müxalif “İran İnternational” kanalı məlumat yayıb. Bildirilir ki, 200-dən çox iranlı Rəisinin helikopterinin qəzaya uğraması ilə bağlı “yalan xəbər”ə görə məsuliyyətə cəlb olunub.
Qeyd olunur ki, onlar İslam Respublikasının mərhum prezidentinin helikopterinin qəzaya uğraması ilə bağlı “yalan xəbərlər və təhqiredici məzmun dərc edib yaymaqda” ittiham olunurlar.
Xuraman Etibarlı
İnterpress.az