“Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti” adlı tədbir keçirilirbackend

“Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti” adlı tədbir keçirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün “Liatris Holding”in təşkilatçılığı, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və  İnsan Hüquqları üzrə Müvəkkili – Ombudsman Aparatının dəstəyi ilə “Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti” adlı tədbir keçirilir.
News24.az-ın məlumatına görə, panel müzakirələrdə cəmiyyətin təhlükəsizliyini təhdid edən narkomaniya və məişət zorakılığını doğuran səbəblər və onların aradan qaldırılması istiqamətində atılmalı olan addımlar müzakirə edilir.Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil, Səhiyyə, Gənclər və İdman Nazirliyinin nümayəndələri, Milli Məclisin üzvləri, QHT rəhbərləri, media nümayəndələri və ekspertlər iştirak edir.