Həmsədrlər regiona səfərlərinin yekunlarına dair bəyanat yayıblarbackend

Həmsədrlər regiona səfərlərinin yekunlarına dair bəyanat yayıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəyanatda həmsədrlərin Ermənistan prezidenti Serj Sarkisyan və Azərbaycan prezidenti İlham Əliyevlə görüşdüyü bildirilir.

“Yerevan və Bakıya səfərimiz zamanı biz son yüksək səviyyəli görüşlərimizi qeyd edərək uzun sürən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki təkliflərimizi hər iki ölkə prezidenti ilə müzakirə etdik. Biz prezidentlərin ilin sonunda görüşməyə hazır olduğunu alqışladıq. Hər iki dövlət başçısı XİN rəhbərlərinə göstəriş verdilər ki, prezidentlərin görüşü üçün həmsədrlərlə işi davam etdirsinlər”,- bəyanatda deyilir.

Həmsədrlər ötən aylar ərzində hər iki ölkədə keçirilən beynəlxalq tədbirlər ərəfəsində Ermənistan-Azərbaycan sərhədi və təmas xəttində nisbi sabitliyin qorunub saxlanılmasını alqışlayıb. “Lakin son günlər artan gərginlikdən narahatıq. Biz prezidentləri ölümlə nəticələnən zorakılığın artmasına yol verməməyə və atəşkəs rejiminə ciddi riayət etmək üçün bütün lazımi addımları atmağa çağırmışıq” – sənəddə bildirlir.

Bəyanatda həmçinin bildirilir ki, prezidentlər Beynəlxalq Qırmızı Xaç Komitəsinin himayəsi altında itkin düşmüş şəxslər barədə məlumatların mübadiləsinə dair öhdəliklərinə sadiq olduqlarını təkrar ediblər.

İnterpress.az