İnterpress.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.
Vüqar Bayramovun szölərinə görə, son 1 ildə 16, yarım ildə 15 və iyul ayında 7 faiz dəyər itirən qiymətli metalən qramı artıq psixoloji həddən də aşağı düşməklə sözügedən bazarda ciddi durğunluq yaradıb. Eyni zamanda son 5 ildə qızılın 8 faiz ucuzlaşması qeydə alınıb:
“Dünya bazarına qızıla tələbin azalması, bir sıra ölkələrinin öz ehtiyatlarını satışıa çıxarması və eləcə də investorların sözügedən bazardan öz vəsaitlərini tədricən kəçməsi qiymətli metalın “qiymətsizləşdirən” əsas səbəblərdən hesab edilir. Qızılın qiymətinin ucuzlaşmasına təsir edən digər amil isə bu qiymətli metala zinət əşyası kimi marağın azalmasıdır. Hazırda isə dünya bazarında inflyasiya minimuma enib, səhmlərin qiymətləri isə artmağa başlayıb və dollar güclənir. Bütün bunlar isə qızılın investisiya baxımından cəlbediciliyini azaldır. Eyni zamanda, 2008 və 2009-cu illərdə ehtiyatlarının bir qismini qızıla çevirən bir sıra ölkələr, o cümlədən Çin və Hindistanda qızıl külçələr, sikkələr ötən ildən başlayaraq bazara çıxarılıb. Bu da qızıl təklifinin artmasına səbəb olub. Qızılın qiymətindəki dəyişikliklər valyuta bazarında son zaman müşahidə olunan tendensiya ilə də bağlıdır. Dolların möhkəmlənməsi qızıl bazarına iqtisadi və psixoloji təsir göstərir. Digər tərəfdən, qızıl bazarında spekulyatıv oyunlar da kifayət qədər yüksəkdir və bu da qiymətlərin dəyişməsini şərtləndirir.
Dünya bazarındakı dəyişikliklər Azərbaycanda qızılın qiymətinə təsir göstərməkdədir. İdxalın ucuzlaşması nəticəsində daxili bazarda son 1 ayda 7 faizə yaxın azalma qeydə alınıb”.
İnterpress.az