Leyla və Arif Yunusların məhkəməsidirbackend

Leyla və Arif Yunusların məhkəməsidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırlıq iclası iyulun 15-də keçirilib.

​Leyla və Arif Yunuslar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar. Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.

Leyla Yunus ötən il iyulun 30-da, Arif Yunus isə avqustun 5-də həbs olunub.

«Amnesty International» təşkilatı onları vicdan məhbusu kimi tanıyıb.

Hazırlıq iclasında Leyla Yunus təcridxanada məruz qaldığı işgəncələrdən danışıb, əri Arif Yunusun başında şiş yarandığını, tibbi müalicəyə ehtiyacı olduğunu söyləyib.

Penitensiar Xidmət daha öncə işgəncəylə bağlı yayılan xəbərləri təkzib edib.

İnterpress.az