TQDK hərbi liseylərə qəbul imtahanı keçirəcəkbackend

TQDK hərbi liseylərə qəbul imtahanı keçirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İmtahan Bakı və Naxçıvan şəhərlərində ümumilikdə 4 binada təşkil olunacaq və saat 11-də başlanıb 2 saat davam edəcək.

İmtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər iyulun 25-dən etibarən TQDK-nın internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Abituriyentlər imtahana özləri ilə şəxsiyyəti təsdiq edən sənədi və “İmtahana buraxılış vərəqəsi”ni gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.

İnterpress.az