Rayonun Çayqaraqoyunlu kənd sakini, 1958-ci il təvəllüdlü İslam Mədət oğlu İsayev döyülmə əlamətləri ilə xəstəxanaya daxil olub.
Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən 57 yaşlı İslam İsayevə qapalı kəllə-beyn travması və sifətin əziyi diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.
Şəki Şəhər-Rayon Polis Şöbəsindən (ŞRPŞ) APA-ya verilən məlumata görə, rayonun Çayqaraqoyunlu kəndində İslam İsayevlə qonşuları arasında torpaq üstündə münaqişə yaranıb.
Münaqişə zəminində iyulun 28-i səhər saatlarında İslam İsayev qonşusunu döyüb. Həmin gün axşam saatlarında yenidən yaranan münaqişə zəminində isə qonşuları İslam İsayevi döyərək ona ağır bədən xəsarətləri yetiriblər.
Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır. ( apa )
İnterpress.az