İnterpress.az xəbər verir ki, etirazçılar Montin bazarına 50 min manat “vergi” qoyulduğunu bildiriblər. Bazarın idarə heyəti isə bu qərarla razılaşmır və bazarı bir həftə ərzində bağlamağa qərara alıb.
Bazarda fəaliyyət göstərən sahibkarlar bildiriblər ki, biznesə banklardan kredit götürərək başlayıblar. Tək gəlir yeri bu mağazlar olan aksiyaçılar iş yerlərinin bağlanacağı təqdirdə bank kreditlərini ödəyə bilməyəcəklərini bildiriblər. Etiraz edənlər məsələ ilə bağlı dövlətdən kömək istəyirlər.
İnterpress.az