“Oğru”dan hakimə özünəməxsus etiraz: “Lenin və Saakaşvilini unutdunuz”backend

“Oğru”dan hakimə özünəməxsus etiraz: “Lenin və Saakaşvilini unutdunuz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, məhkəmənin hökmünü eşidən Peso “Siz Lenini və Saakaşvilini unutdunuz. Onlar da bu işə qarışıb” deyə qışqırıb.

“Qanuni oğru” moskvalı iş adamının evinə silahlı basqında və polislərə atış açmaqda təqsirləndirilib.
Hadisə 2014-cü ildə baş verib. Həyəcan siqnalı ilə iş adamının mənzilinə gələn polis orda cinayətkarları aşkarlayıb. Polisə müqavimət göstərən şəxslər mənzili tərk etməyə çalışıblar. Bu zaman atışma baş verib və 2 soyğunçu – Levan Xalatyan və Kamil Səidov öldürülüb. İvan Lebedev isə yaralanıb. Həmçinin 2 polis əməkdaşı da güllə yarası alıb.

İnsident zamanı ancaq Peso heç bir xəsarət almadan qurtulub.

Peso əvvəl mütəşəkkil cinayətkar dəstə yaratmaqda ittiham edilsə də, məhkəmə baxışı zamanı bu öz təsdiqini tapmayıb. “Qanuni oğru” ancaq dəstə üzvü kimi mühakimə edilib.

Peso məhkəmənin qərarı ilə 22 il azadlıqdan məhrum olunub. O, həmçinin yaralı polislərin müalicəsi üçün tələb edilən vəsaiti ödəməlidir.

Məhkəmə hökmünü eşidən Peso hakimə xitabən “Siz Lenin və Saakaşvilini unutdunuz. Onlar da bu işə qarışıb” deyə qışqırıb.

İnterpress.az