Göygöl sakini məhkəmə binasında özünü bıçaqlayıbbackend

Göygöl sakini məhkəmə binasında özünü bıçaqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə Göygöl rayon Məhkəməsində qeydə alınıb. Rayonun Çaykənd kənd sakini, 1991-ci il təvəllüdlü Məhəbbət Uğurliyev Göygöl rayon Məhkəməsinin icra qrupuna çağırılaraq, 700 manat aliment borcu olduğu və pulu ödəmədiyi təqdirdə barəsində hüquqi tədbir görüləcəyi bildirilib. Bu zaman M. Uğurliyev bıçaqla özünə xəsarət yetirib. Qarnın kəsilmiş deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilən M. Uğurliyevin vəziyyətinin orta ağır olduğu bildirilir

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. ( apa )

İnterpress.az