PKK dağlarda belə qorunur – PLANbackend

PKK dağlarda belə qorunur – PLAN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, PKK-nın nəzarət etdiyi və əvvəldən təyin edilən bütün nöqtələr vurulub.

Rəsmi mənbələrə görə, bombalanan onlarla nöqtədə 200-dən çox terrorçu öldürülüb. Türk Silahlı Qüvvələri 1990-cı illərdə sərhədətrafı quru əməliyyatı ilə girdiyi Şimali İraqa son quru əməliyyatını 2007-ci ildə keçirib.

Şimali İraqdakı PKK hədəflərinə son 10 ildə isə əsasən, məhdud müddətdə hava hücumu təşkil edilib.

Terror təşkilatı isə bütün bu hava əməliyyatlarından qorunmaq ya da az itki vermək üçün müxtəlif üsullardan istifadə edir. Bu üsullarla əlaqədar məlumat həm təslim olan PKK-lıların izahatları, həm də kəşfiyyat fəaliyyətlərindən əldə edilən informasiyalara söykənir.

Məlumatlara görə, ilk mərhələdə milis və kəşfiyyat təyyarələrinin hücum ehtimalına qarşı həyəcan verilir.

İkinci mərhələdə hədəf alınacaq PKK nöqtələrinin yaxınına, təyyarələrin gəliş istiqaməti və o nöqtələrin coğrafi vəziyyətinə görə \”L\”, \”I\”, \”T\” şəklində sipərlər qazılır.

PKK dağlarda belə qorunur - PLAN

İnterpress.az