Dünya əhalisinin sayı 10 milyarda çatacaq – HESABATbackend

Dünya əhalisinin sayı 10 milyarda çatacaq – HESABAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, sənədə əsasən dünya əhalisinin sayı 2050-ci ildə 9,7 milyarda, 2100-ci ildə isə 11,2 milyarda çatacaq. 2022-ci ildə Hindistanın əhali sayı Çindən daha çox olacaq.

BMT-nin İqtisadi və Sosial İşlər Bölməsinin hazırladığı sənəddə dünya əhalisini sayının hazırda 7,3 milyard olduğu bildirilir.

2030-cü ildə bu sayın 8,5 milyard, 2050-ci ildə 9,7 milyard, 2100-cu ildə 11,2 milyard olacağı bildirilir.

2050-ci ilə qədər bütün dünyadakı əhali artımının yarısı Hindistan, Nigeriya, Pakistan, Demokratik Konqo Respublikası, Efiyopiya, Tanzaniya, ABŞ, İndoneziya və Uqandanın payına düşəcək.

İnterpress.az