Qadın sürücü 4 piyadanı vurubbackend

Qadın sürücü 4 piyadanı vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 29-da saat 21.00 radələrində Xəzər rayonunun Şüvəlan qəsəbəsində Şirvan şəhər sakini Sevinc Rzayeva idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən Bakı şəhər sakinləri – Rüfət Muradov, Səriyyə Quliyeva, Ehtiram Abdullayev və qardaşı Fərəməzi vurub.

Nəticədə onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

İnterpress.az