Usama Ben Ladenin ailə üzvləri təyyarə qəzasında ölüb – VİDEObackend

Usama Ben Ladenin ailə üzvləri təyyarə qəzasında ölüb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Ben Ladenin ailə dostları Amerikanın “NBC News” telekanalına deyiblər.

Onların sözlərinə görə, həlak olanlar terrorçunun ögey anası Rac Haşim, ögey bacısı Sana Ben Laden və onun həyat yoldaşı Zuhair Haşemdir.

Xatırladaq ki, İngiltərənin Hempşir qraflığında yüngül motorlu təyyarə qəzaya uğrayıb.

Kiçik həcmli “Embraer Phenom 300” tipli mülki təyyarə havaya qalxandan dərhal sonra yerə düşüb. Təyyarə maşın bazarının ərazisinə çırpılaraq partlayıb. Nəticədə pilot və təyyarənin göyərtəsində olan 3 nəfər ölüb.



İnterpress.az