İnterpress.az Türkiyə mediasına istinadən xəbər verir ki, Tunceli-Pülümür-Ərzincan avtomobil yolunu axşama yaxın kəsən PKK-lı bir qrup, özəl bir şirkətə aid 3 avtomobili yandıraraq meşəlik əraziyə qaçıb. Yandırılan nəqliyyat vasitələrindən birinin əyləcinin boşalması nəticəsində avtomobil hərəkət edərək yolda yığılan vətəndaşların üzərinə doğru getməyə başlayıb.
İnterpress.az