Gürcüstanda iki azərbaycanlı gənc həbs olunubbackend

Gürcüstanda iki azərbaycanlı gənc həbs olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanlıların kompakt yaşadığı Poniçala (Soğanlıq) kəndində Ağır Cinayətlər üzrə Baş Polis İdarəsinin əməkdaşları tərəfindən iki azərbaycanlı narkotik maddə satışında şübhəli bilinərək həbs olunub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumatda deyilir ki, 1995-ci il təvəllüdlü M. Zaur və 1986-cı il təvəllüdlü Q. İlham narkotik maddə satarkən yaxalanıblar. İstintaqdan bildirilib ki, günahlandırılan şəxslər sistematik olaraq narkotik satışı ilə məşğul olublar. M. Zaurun narkotik istifadəçisi olduğu da diaqnoz vasitəsi ilə təsdiqlənib.

Faktla bağlı cinayət işi başlayıb.

Məlumatda bildirilib ki, narkotik satışı ilə bağlı mütəşəkkil dəstə barədə araşdırma aparılır.

İnterpress.az