Yemeksepeti internet servisinin sahibi Nevzat Aydın 114 işçisinin hər birinə 200 min dollardan artıq məbləqdə birdəfəlik bonus ödəyib.
Aylıq əmək haqqı 1- 1,8 min dollar olan şirkətdə satışdan sonra edilən ödənişlər 27 milyon dolları ötüb. Məlumat üçün bildirək ki, Nevzat Aydın servisi 589 milyon dollara “Delivery Hero”alman şirkətinə satıb.
Nevzat Aydının sözlərinə görə, belə bir addım bütün kollektivin ümümi səyi nəticəsində şirkətin belə uğura nail ola bildiyini göstərməyə kömək edib.
Qeyd edək ki, formal olaraq Yemeksepeti işçiləri qarşısında layihə satıldıqdan sonra əlavə ödəniş etmək kimi hüquqi məsuliyyət daşımayıb. Bu addım Türkiyədə ilk belə hal olub.
2015-ci ilin aprelində ABŞ-ın “Gravity Payments” şirkətinin baş direktoru Den Prays işçilərinə ildə 70 min dollara qədər əmək haqqı ödəmək qərarı verib. Praysın belə bir qərar verməsinə sosialogiya üzrə elmi jurnalda oxuduğu məqalə səbəb olub. Məqalənin müəllifləri iddia edib ki, məhz bu məbləğ insanın həyati vacib ehtiyaclarını ödəməyə imkan verə bilər və insanı pulun iş üçün əsas motivasiya olması fikrindən daşındırar.
İnterpress.az