İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Molla Ömərin zəhərlənərək öldürüldüyü bildirilir. Bu iddia ilə Talibana bağlı olan və Əfqanıstanda fəaliyyət göstərən Tahrik-i İslami Mahaz Fədai Qrupu çıxış edib. Qrupun iddiasına görə, Molla Ömər “Taliban”ın yeni lideri Molla Ahtar Mənsur tərəfindən zəhərlənib.
Qrupun sözçüsü Kari Həmzənin açıqlamasına görə, Molla Öməri zəhərləmək üçün zəhər Dubaydan gətirilib: “Molla Ömər xəstələndiyi zaman Mənsur Dubaydan dərman adı ilə zəhər gətirib. Ömərin mühafizəçisindən xahiş edib ki, həmin dərmanlar ona verilsin. Molla Ömər dərmaları qəbul etdikdən 3 gün sonra vəfat edib. Molla Ömər Əfqanıstanın Zabul vilayətidə dəfn ediib. “Taliban” rejimi dəyişdirildikdən sonra o heç bir zaman Əfqanıstandan kənara çıxmayıb. Molla Ahtar Mənsur isə ötən may ayında Pakistan-Əfqanstan sərhədində ABŞ nümayəndələri ilə görüşüb. Görüşdə hər iki tərəf Molla Ömərin güya Pakistanın nəzarəti altında olduğunu bildirərək Amerika tərəfindən öldürüldüyü iddiasını ortaya atmaq barədə razılıq əldə edib. Beləliklə Amerikanın də dəstəyini alan Molla Mənsur Molla Öməri xalqın gözündə də “Pakistan casusu” göstərmk istəyib”.
Qeyd edək ki, bir neçə gün əvvəl Molla Ömərin öldüyü dəqiqləşdirildiyinə görə Molla Mənsur “Taliban”ın yeni lideri seçilib.
İnterpress.az