Bakı-Quba yolunda baş verən qəzada ölənlərin sayı 6-ya çatıbbackend

Bakı-Quba yolunda baş verən qəzada ölənlərin sayı 6-ya çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 1-də saat 04 radələrində Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində Bakı şəhər sakini Əli Əliyev idarə etdiyi “Opel” markalı avtomobili yolun kənarında dayanan, Bakı şəhər sakini Ərşad İbayevə məxsus “Mercedes” markalı yük avtomobilinin qoşqusuna vurub.

Nəticədə Ə.Əliyev və sərnişinlərindən atası Xanlar, qardaşı Məhəmməd, həmyerliləri Sabir Əliyev, Tural Rzayev hadisə yerində, Rəvan Əliyev isə xəstəxanada ölüblər.

Faktla bağlı Baş Dövlət Yolis Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

İnterpress.az