İnterpress.az xəbər verir ki, Təbii Sərəvtlər Nazirliyi PKK-nın Kərkük-Yumurtalık neft boru xəttinə terror hücumu nəticəsində İraq Kürd Muxtariyyatının 250 milyon dollar zərər etdiyini açıqlayıb.
Türkiyə mətbuatı xəbər verir ki, nazirliyin rəsmi internet səhifəsində neft boru kəmərinin Kürdüstan bölgəsinin əsas gəlir mənbəyi olduğu bildirilib: “Məmur maaşları bu xəttlə irac edilən nüftdən əldə edilən gəlirlə ödənilir. Kürdüstan hökumətinə və xalqına burdan əldə edilən gəlirdən kömək gəstərilir. Boru xəttində törədilən hücum nəticəsində neft ixracatı tamamən dayanıb. Hücum Türkiyəyə çox az zərər verib, zərərin 99 faizi Kürdüstan bölgəsinə dəyib. Kürdüstana verilən zərər 250 milyon dollardır.
Bu rəqəm peşmərgə, asayiş qüvvələri, Daxili İşlər Nazirliyinin əməkdaşlarının bir aylıq maaşı qədərdir”.
Xatırladaq ki, Məsud Bərzani bir neçə gün əvvəl PKK və İŞİD-ə qarşı əməliyyatlar keçirən Türkiyəyə dəstək bəyanatı ilə çıxış etmişdi.
İnterpress.az