İnterpress.az kivi pəhrizini təqdim edir.
Kivi pəhrizi 4 gün davam edir və hər öynədə kivi yeyilir.
Belə ki, səhər yeməyində 1 kivi, 1 stəkan qatıq, 1 dilim çörək, günorta yeməyində tərəvəz şorbası və doyana qədər kivi, axşam yeməyində isə 1 kivi, 2 soyutma yumurta, 100 qram ət, yaxud tərəvəz yeməyi məsləhət görülür. Bundan başqa yeməklər arasında 2 dəfə də kivi yemək mümkündür.
Pəhriz müddətində şəkərsiz çay və su istisna olmaqla başqa içkilərdən uzaq olmaq lazımdır. Pəhriz 4 gün davam etməlidir. Təkrar etmək üçün daha 4 gün gözləmək lazımdır. Təcrübələr göstərir ki, bu pəhriz 4 gündə 2 kiloqram arıqladır.
Ancaq kivi pəhrizinə başlamazdan əvvəl mütləq həkimlə məsləhətləşmək lazımdır.
Qeyd edək ki, C, B, E və K vitamini ilə zəngin olan kivinin 100 qramında 60 kalori var.
İnterpress.az