21 yaşlı idmançı sevgilisindən ayrıldığı üçün İNTİHAR ETDİ – FOTObackend

21 yaşlı idmançı sevgilisindən ayrıldığı üçün İNTİHAR ETDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın gənclərdən ibarət yığmasının 21 yaşlı voleybolçusu sevgilisindən ayrıldığı üçün intihar edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Qız 16-cı mərtəbəyə qalxıb və daha sonra onun meyiti təhsil aldığı universitetin yataqxanasının pəncərələrinin altında tapılıb. İdmançı hələ də sağ olub, lakin aldığı ağır xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Zareçye-Odintsovo çimərlik voleybolu komandasının baş məşqçisinin sözlərinə görə, Arina Mixaylina ölümündən əvvəl sevgilisi ilə ayrılıb.

“Bu, bir gəncdən ayrılması səbəbindən intihardır. Onlar faciə baş verən gün ayrılıblar”, – o deyib.

Mixailina 2018-ci ildə 17 yaşadək qızlar arasında Rusiya çempionatının qalibi olub, həmçinin 2019-cu ildə Tələbə Spartakiadasında bürünc medal qazanıb.

Xuraman Etibarlı

İnterpress.az