İnterpress.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Tovuz rayonunda süni göldə (sularda xilasetmə məntəqəsindən, təxminən, 170 km aralı, nəzarət olunmayan ərazidə) 1981-ci il təvəllüdlü Hüseynov Kamran İmran oğlu batıb. Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və axtarışlara başlanılıb. K.Huseynovun meyiti tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Bundan başqa, Xəzər və Sabunçu rayonlarında dənizdə batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas edilib.
İnterpress.az