Malayziyanın baş naziri: “Tapılan qanadın fraqmenti itkin düşmüş Boeing-ə məxsusdur”backend

Malayziyanın baş naziri: “Tapılan qanadın fraqmenti itkin düşmüş Boeing-ə məxsusdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Malayziyanın baş naziri Nəcib Razak bəyan edib.

“Beynəlxalq ekspertlər qrupu təyyarənin qanadının Boeing-ə məxsus olduğunu təsdiqləyib”, deyə N.Razak bildirib.

Qeyd edək ki, bir həftə əvvəl aşkarlanan təyyarənin qalıqları tədqiqat üçün Parisə göndərilmişdi.

Xatırladaq ki, 2014-cü il, martın 8-də “Malaysia Airlines” şirkətinə məxsus Kuala-Lumpur-Pekin marşrutu üzrə hərəkət edən Boeing-777 sərnişin təyyarəsi Hind okeanı üzərində yoxa çıxıb. Təyyarənin göyərtəsində 227 sərnişin və 12 heyət üzvü olub.

İnterpress.az