Hadisə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində qeydə alınıb. Astara rayon sakini, 1966-cı il təvəllüdlü Oqtay Tanrıverdi oğlu Tanrıverdiyev qəsəbə ərazisində yerləşən 2 saylı yataqxananın parkında ağacdan özünü asıb. Onun meyiti parkda istirahət edən vətəndaşlar tərəfindən aşkarlanıb.
O. Tanrıverdiyevin özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. ( apa )
İnterpress.az