Bu barədə məlumatı Netçilərin Hüquqlarını Müdaifiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı verib.
Mirvari Qəhrəmanlının sözlərinə görə, “Azəriqaz” kimi əhali ilə daim təmasda olan qurumun əməkdaşlarının fərqlənmə formasında olması müsbət haldır: “Amma ofis işçilərinə geyimləri ilə bağlı müxtəlif qadağanın qoyulması çox təəssüfləndiricidir. ARDNŞ ofis işçiləri üçün müxtəlif geyim nümunələri təklif edib. Ancaq bu əmr, yaxud qərardan bəzi işəgötürənlər öz qafalarına uyğun istifadə edir. Məsələn, ARDNŞ-nin Neftqazelmitədqiqatlayihə İnstitunun rəhbərliyi tələb qoyub ki, hamı ağ kofta, qara ətək, yaxud şalvar geyməlidir, sanki məktəbli forması kimi. Dırnaq boyası çəkmək olmaz, çəksələr də bu ancaq tamamilə açıq rəng olmalıdır, saç refle olunmamalıdır”.
İnterpress.az