İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırlanan əməliyyatın bəzi detalları barədə məlumat əldə edilib.
İlk növbədə daxildəki terror ünsürləri zərərsizləşdiriləcək. Bir həftə sonra isə Suriya sərhədini keçən PKK döyüşçülərinə qarşı quru əməliyyatı keçiriləcək.
Hərbi mənbələrin məlumatına görə, son günlər ölkə daxilində keçirilən əməliyyatlar nəticəsində 1500-ə yaxın silahlı PKK-lı sərhədi keçərək Suriyaya qaçıb. Daxildə PKK-ya yönəlik əməliyyatların ardından qaçan terrorçulara qarşı quru əməliyyatı başlayacaq.
İnterpress.az