3 nəhəng şirkət Ermənistandan imtina etdibackend

3 nəhəng şirkət Ermənistandan imtina etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ərəb Əmirliklərinə məxsus hava yolu şirkəti “Etihad” və Fransanın telekommunikasiya nəhəngi “Orange” ölkədəki fəaliyyətlərinə xitam veriblər.

Məlumata görə, ölkə bazarına təxminən bir il öncə daxil olan “Etihad” şirkəti Ermənistandakı fəaliyyətini sentyabrda dayandıracaq.

“Orange”ın qərarına gəldikdə isə, Fransa şirkəti filiallarını bağlayacağını hələ iyun ayının əvvəllərində açıqlamışdı. Bildirmişdi ki, son altı il ərzində ölkəyə 460 milyon avro investisiya yatırılıb, lakin bu müddət ərzində hər hansı gəlir əldə etməyiblər.

Bundan əlavə “Samsung” şirkəti də paytaxt İrəvandakı ofisini bağlayıb. Şirkətin Keçmiş Sovet Ölkələri İctimaiyyətlə Əlaqələr departamentindən verilən açıqlamaya görə, İrəvandakı ofis bölgədəki vəziyyətə görə bağlanıb və Ermənistan bazarı və firmanın İrəvandakı mərkəzi Gürcüstandan idarə ediləcək.

Ermənistanın iqtisadiyyat naziri Karen Çşmarityan isə bu vəziyyəti normal qarşılayıb. O, böyük şirkətlərin ölkələrdə bir müddət fəaliyyət göstərdikdən sonra öz işlərini dayandıra biləcəklərini deyib. ( aznews.az )

İnterpress.az